"Türk axını" ilə bağlı siyasi anlaşma qüvvədədir" - Lavrov
15.10.2015 00:13 Dünyadan reaksiya 1621
"Türk axını" boru kəməri ilə bağlı siyasi anlaşma hələ də qüvvədədir".
Reaksiya.az-ın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu Dövlət Dumasında "Parlament saatı"nda çıxış edərkən bildirib.
S. Lavrov Rəcəb Tayyib Ərdoğanın sentyabrda Moskvada Vladimir Putinlə görüşündə bunu təsdiqlədiyini söyləyib.
Türkiyədə keçiriləcək 1 noyabr parlament seçkilərini gözlədiklərini söyləyən Rusiya XİN başçısı bildirib ki, seçkilərədək bu sazişi imzalayacaq səlahiyyətli şəxs yoxdur: "Seçkilərdən sonra lazım olan müqavilələri imzalamağa səlahiyyəti olan hökumət qurulacaq".
Şərhlər