Rusiya aviasiyası terror obyektlərinə zərbələr endirməyə davam edir
15.10.2015 00:17 Dünyadan reaksiya 1583
Rusiyanın Suriyadakı aviasiyası terrorçuların 40 obyektinə zərbələr endirib.
Reaksiya.az-ın verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov deyib.
Sutka ərzində 41 döyüş uçuşunun həyata keçirildiyini deyən İ. Konaşenkov aviazərbələrin Hələb, İdlib, Latakiya, Hama və Deyr-əz-Zor əyalətlərini əhatə etdiyini bildirib. Onun sözlərinə görə, nəticədə terrorçuların Hələbdəki təchizat məntəqəsi, habelə terrorçu-kamikadzelərin istifadə etdikləri avtomobillərə partlayıcı qurğuların quraşdırıldığı obyektlər məhv edilib.
Hraytan yaşayış məntəqəsində isə terrorçulara məxsus silah-sursat anbarına aviazərbə endirilib.
Şərhlər