Türkiyədə polis və terrorçular arasında atışma - ölənlər var

15.10.2015 01:26     Dünyadan reaksiya     1387

Türkiyənin Van şəhərində silahlı insident baş verib.

Reaksiya.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Van şəhəri terrorla mübarizə idarəsinin əməkdaşları şübhəli bilinən 2 şəxsi izləyib

Təqib olunduqlarını başa düşən PKK terrorçuları polis əməkdaşlarına atəş açıb. Nəticədə polis əməkdaşlarından biri sinəsindən yaralanıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Əməliyyat zamanı terrorçulardan 1 məhv edilib, digəri yaralı şəkildə ələ keçirilib. 

Şərhlər

Çox oxunanlar