ABŞ Kameruna 300 hərbçi göndərir
15.10.2015 01:44 Dünyadan reaksiya 1441
ABŞ prezidenti Barak Obama “Boko Haram” terror qruplaşması ilə mübarizə üçün Kameruna 300 hərbçinin göndərilməsinə dair sərəncam verib.
Reaksiya.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dövlət başçısı qərarla bağlı artıq Konqresə müvafiq məktub göndərib.
Bildirilir ki, ABŞ hərbçiləri Kamerunda əsasən hava kəşfiyyatı ilə məşğul olacaqlar. Hərbçilərin 90 nəfərdən ibarət ilk qrupu artıq Kamerunun paytaxtı Yaundeyə yola düşüb.
Şərhlər