Terrorçuların hücumu nəticəsində 20 polis ölüb

15.10.2015 02:16     Dünyadan reaksiya     1508

Əfqanıstanın cənubunda “Taliban” silahlılarının hücumu nəticəsində 20 polis əməkdaşı öldürülüb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, terrorçular Gilmənd əyalətində bir neçə nəzarət-keçid məntəqələrinə hücum ediblər.

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, taliblər də itkilərlə üzləşib, lakin öldürənlərin dəqiq sayı barədə məlumat verilmir.

Qeyd edək ki, 2015-ci ilin aprel-sentyabr aylarında Əfqanıstanda taliblərlə silahlı toqquşmalarda 2 146 polis əməkdaşı həlak olub, 3 324-ü yaralanıb. 

Şərhlər

Çox oxunanlar