Ankara məhkəməsindən terror aktı ilə bağlı qadağa
15.10.2015 02:28 Dünyadan reaksiya 1632
Ankara məhkəməsi oktyabrın 10-da Türkiyə paytaxtında baş verən terror aktı ilə bağlı xəbərlərin yayılmasına qadağa qoyub.
Reaksiya.az-ın “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, qərar dərhal qüvvəyə minib, Türkiyə KİV-ləri bu barədə məlumatlandırılıb.
Məhkəmənin qərarına əsasən, qadağa televiziya, radio, mətbuat, İnternetdə bütün növ xəbərlər, məqalələr və müsahibələrə şamil edilir.
Şərhlər