Davudoğlu yeni vəkillərə səslənib

16.06.2015 16:10     Dünyadan reaksiya     1935

İqtidarı itirə bilərik, amma ...

AKP qrup toplantısında yeni vəkillərə səslənən baş nazir Əhməd Davudoğlu seçkinin tək qazananın AKP olduğunu söyləyib. Misirdəki edam qərarlarını dəyərləndirən Davudoğlu, "İndi imtahan vaxtıdır. Qərb ölkələri bizi imtahan edir" - deyib.

Baş nazir Əhməd Davudoğlu partiyasının qrup toplantısında danışıb. Misirdəki edam qərarlarını dəyərləndirən baş nazir Əhməd Davudoğlu İhvan liderlərindən Məhəmməd əl-Biltacinin edam cəzasının təsdiqləndiyini, Misirin çevirilişlə prezident Mursinin edam cəzasının isə ömürlük həbs cəzasına çevrildiyini ifadə edib. Davudoğlu bunları deyib: "İndi imtahan vaxtıdır. Qərb ölkələri bizi imtahan edir. Adı heç bir zaman zorakılıq hadisələrə qarışmamış bir hərəkatın əhəmiyyətli adlarından birinin edam edilməsi məsələsində nə edəcəklərini görəcəyik. Türkiyədəki demokratiya və azadlıq tərəfləri imtahandan keçməlidir.

Dimdik ayaqdayıq və belə də davam edəcəyik

Görəsən səslərini yüksəldəcəklərmi? Amma bizim vicdanımız təmizdir. Harada bir zülm gördünüzsə qarşısında dimdik dayanmağa davam edəcəyik. Yaxın Şərqdəki qardaş xalqların azadlıqları üçün etməli olduğumuz nədirsə, onu da etməyə davam edəcəyik".

Türk mətbuatını da tənqid edən Davudoğlu, "Türkiyədə obyektiv və şəffaf bir seçkiyə gedərkən, Türkiyəni, hörmətli prezidentimizi, AKP - ni hədəfə çevirib “ölkədə diktatura yaradırlar” - deyən transmilli medianın indi Misirdə olanlar qarşısında necə rəftar aldığını görəcəyik" - deyə danışıb.

"Məsələnin demokratiyamı, yoxsa mənfəətlərmi olduğunu yaxında görəcəyik" deyən Davudoğlu sözlərini belə tamamlayıb: "Türkiyədə azadlıqlardan bəhs edərkən Misirdəki diktə rejiminə salam duranları da görəcəyik, ədalətdən bəhs edənlərin Suriyadakı zülmə səssiz qalmaqlarını da görəcəyik. Amma millət də tarixdə bir tək şeyi görməyəcək, AKP -nın hər hansı bir güc qarşısında bu və ya bu səbəblə boyun, baş əydiyini göstərəyəcəyik".

Şərhlər

Çox oxunanlar