Suriya ordusu İŞİD-in növbəti hücumunun qarşısını alıb
15.10.2015 03:43 Dünyadan reaksiya 1540
Suriyanın hökumət qoşunları "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) üzvlərinin Deyr-əz-Zor əyalətində yerləşən hərbi aerodroma hücumunun qarşısını alıb.
Reaksiya.az xəbər verir ki, aviabaza "Qrad" və minaatanlardan atəşə tutulub.
Lakin Suriya hərbi təyyarələri terrorçuların mövqelərinə havadan zərbələr endirib. Nəticədə 25-dən çox terrorçu ölüb, təqribən 100 nəfəri yaralanıb.
Suriya Hərbi Hava Qüvvələrinin Deyr-əz-Zorda yerləşən bazası hökumət qoşunlarının bu bölgədə son istinadgahıdır.
Şərhlər