Ankara terrorunda ölənlərin sayı artıb
15.10.2015 04:53 Dünyadan reaksiya 1486
Türkiyənin paytaxtı Ankarada baş verən partlayış zamanı ölənlərin sayı 106 nəfərə çatıb.
Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ankara Tibb Mərkəzi məlumat yayıb.
Verilən məlumata görə, xəstəxanalarda qeydiyyatdan keçmiş 89 yaralıdan 20-nin vəziyyəti ağırdır. Qalan yaralılar evlərinə buraxılıb.
Qeyd edək ki, oktyabrın 10-da Ankaranın dəmiryol stansiyasının yaxınlığında terror aktı törədilmişdi. İki terrorçu kamikadzenin özlərini partlatması nəticəsində 500-dən çox insan yaralanmışdı.
Şərhlər