Anjela Merkel partiyadaşlarının hədəfində

15.10.2015 06:15     Dünyadan reaksiya     1500

Almaniya kansleri Angela Merkel miqrantlarla bağlı apardığı siyasətə görə rəhbərlik etdiyi Xristian Demokratik İttifaqı partiyası tərəfindən tənqid atəşinə tutulub.

Reaksiya.az APA-ya istinadən verdiyi məlumata görə, Merkelə qarşı tənqidi fikirlər partiyanın Şkoydits şəhərində keçirilən toplantısında səsləndirilib.

Belə ki, partiya üzvlərindən biri deyib ki, insanlar kanslerin miqrant böhranı ilə bağlı nikbin açıqlamalarından təngə gəliblər. Xristian Demokratik İttifaqı partiyasının digər üzvünün dediyinə görə isə miqrant axını davam etsə Almaniyanı milli fəlakət gözləyir.

Qeyd edək ki, Xristian Demokratik İttifaqı partiyasının reytinqi 2013-cü ildəki seçkilərdən sonra ən aşağı səviyyəyə düşüb. Keçirilən rəy sorğularının nəticələrinə görə, Almaniya vətəndaşlarının yarısından çoxu hesab edir ki, ölkə həddindən artıq miqrant qəbul edir. 

Şərhlər

Çox oxunanlar