Ermənistanda hərbi maşın aşdı - 1 ölü, 1 yaralı
15.10.2015 04:41 Dünyadan reaksiya 1505
Ermənistan Müdafiə Nazirliyinin hərbi maşını oktyabrın 14-də Azərbaycanla sərhəd Tavuş vilayətində uçuruma yuvarlanıb.
Reaksiya.az xəbər verir ki, hadisə Koti kəndindən hərbi hissəyə gedən yolda baş verib.
Qəza nəticəsində Ermənistan ordusunu 50 yaşlı hərbi qulluqçusu Babken Saruxanyan ölüb, 48 yaşlı zabit Artak Andreasyan isə yaralanıb.
Şərhlər