Putin Medvedevi mükafatlandırdı

15.10.2015 08:05     Dünyadan reaksiya     1522

Rusiya prezidenti Vladimir Putin ölkənin baş naziri Dmitri Medvedevi I dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif edib.

Reaksiya.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, müvafiq fərman hüquq informasiya portalında yerləşdirilib.

Qeyd edilir ki, baş nazir Rusiya Federasiyasının sosial-iqtisadi inkişafına verdiyi töhfələrə görə mükafatlandırılıb.

“Dövlət qarşısında görkəmli xidmətlərinə görə, Rusiya Federasiyasının sosial-iqtisadi inkişafına verdiyi böyük töhfəyə görə Medvedev Dmitri Anatoleviç I dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif edilsin”, - fərmanda deyilir.

Şərhlər

Çox oxunanlar