Latviya müsəlman ölkəsi olacaq

15.10.2015 08:17     Dünyadan reaksiya     1596

Latviya 50 il ərzində müsəlman ölkəsinə çevriləcək.

Reaksiya.az  xəbər verir ki, bu barədə Latviyanın müsəlman cəmiyyətinin təşkilatlarından olan İslami Mədəniyyət Mərkəzinin sözçüsü Robert Klimoviç deyib.
 
Klimoviç Latviyada əhalinin artım sürətinin yerli əhaliyə nisbətən müsəlmanlarda daha yüksək olduğunu, özünün isə üç uşaq sahibi olduğunu bildirib. Onun sözlərinə görə, müsəlmanlar və xristianların hazırkı artım tempi qalarsa, 50 il sonra Latviyada müsəlmanların sayı xristianların sayından çox olacaq.
 
O, Avropa ölkələrinin miqrant dalğasını öz əlləri ilə yaratdığını söyləyib. “Çünki onlara kölə, çalışan insanlar lazımdır”, - Klimoviç deyib.

Şərhlər

Çox oxunanlar