Avropapərəstlər oxusun

16.06.2015 16:48     Dünyadan reaksiya     3078

Ultra sağçı partiyalar AP – də blok yaradır

Avropa Parlamentindəki (AP) ultra sağ partiyalar Fransız Milli Cəbhəsi (FN) partiyasının liderliyində yeni blok yaradır. AFP – in xəbərinə görə “Xalqların və azadlıqların Avropası" adını daşıyacaq bloku FN lideri Marine Le Penin bu gün təşkil edəcəyi mətbuat konfransında elan etməsi gözlənilir.

Blokda Hollandiyadan Geert Vilders liderliyindəki Azadlıq Partiyası (PVV), Avstriya Azadlıq Partiyası (FPÖ), İtaliyadan Şimal Liqası və Belçikadakı Flaman milliyyətçilərinə aid Vlaams Belang Partiyasının yer alacağı ifadə edilir.

Vilders Twitterdə açıqladı

“Twitter”dəki hesabında açıqlama verən Vilders, Le Pen ilə birlikdə bir fotoşəkilini paylaşıb və bildirib ki, AP- də blokun yaradılması müvəffəqiyyətli oldu. Bu gözəl bir xəbər və tarixi bir andır.

Ultra sağçı partiyalar beləcə AP –də komitə sədrliklərini əldə etməyə və milyonlarla avro vəsait almağa haqq qazanacaqlar.

AP-də blok qura bilmək üçün ən az yeddi fərqli Aİ ölkəsindən 25 millət vəkili lazımdır.

Şərhlər