Davudoğlu Ankara terroru haqqında danışdı - “Daha 10 nəfər saxlanılıb”
15.10.2015 16:17 Dünyadan reaksiya 1834
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ankaradakı terror hücumu ilə əlaqədar dünən nəzarətə alınan 2 nəfərdən sonra daha 10 nəfərin də nəzarətə alındığını bildirib.
Reaksiya.az xəbər verir ki, bu haqda o, “TQRT Xəbər” kanalının canlı yayımında danışıb.
“Dünən axşam da ifadə etdim ki, bu cür məsələlərdə çox diqqətli addımlar atmaq və hadisənin arxasındakı aktyorlara qədər uzanan bir istintaq aparmaq lazımdır. İlk iz kimi İŞİD şəbəkəsini ortaya çıxarmağa başladıq. Sadəcə, canlı bombaların kimliyi deyil, kimlərlə əməkdaşlıq etdikləri daha vacibdir. İkinci iz kimi onların Tweet hesablarını yoxlamaq gərəkdir. Burada Ankara rerroru ərəfəsində bəzi aktyorların hazırlıq apardıqları işləri var. Burada da önəmli bir nöqtəyə gəlindi. Dünən və bu gün bu iki izlə daha 10 nəfər həbs edilib. İstintaq davam edir”, - deyə Davudoğlu bildirib.
Şərhlər