İŞİD geri çəkilir

16.10.2015 00:17     Dünyadan reaksiya     1613

İŞİD silahlıları Rusiya aviasiyası və Suriya ordusunun zərbələri nəticəsində geri çəkilmək məcburiyyətində qalıb.

Reaksiya.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bəyan edib.

“Silahlılar geri çəkilirlər”, - deyə o vurğulayıb.  

İ. Konaşenkovun sözlərinə görə, Rusiya kəşfiyyatı bu dəyişiklikləri müəyyənləşdirir. O qeyd edib ki, həm Rusiya, həm də Bağdaddakı məlumat mərkəzindən alınan məlumatların təhlili aparılır. 

İ. Konaşenkov həmçinin bildirib ki, məlumatın yoxlanılması və təsdiqi üçün kəşfiyyat aviasiyasının və pilotsuz aparatların uçuş intensivliyi artırılıb.

Şərhlər

Çox oxunanlar