Putin dünyanı yeni silahlarıyla hədələdi

16.06.2015 18:22     Dünyadan reaksiya     4258

"Bu il ordu 40-dan çox yeni qitələrarası ballistik raketlərlə təhciz ediləcək."

ANS PRESS-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, bu gün “Ordu-2015” adlı hərbi sərginin açılışında rezonans doğuracaq açıqlamalar verib.

V.Putin ordunun ARMATA tankları və zirehli texnikalar da daxil olmaqla bir sıra yeni silahlarla təmin olunacağını söyləyib.

Rusiya dövlətinin başçısı yaxın vaxtlarda strateji Qərb zonasını müşahidə etmək üçün yeni uzaq radiuslu radar qurğusunun sınaqdan keçiriləcəyi anonsunu da verib.

Şərhlər