Terror aktı baş verən meydanın adı dəyişdirildi

16.10.2015 01:01     Dünyadan reaksiya     1679

Ötən həftə Türkiyə paytaxtında qanlı terror aktının törədildiyi meydanın adı dəyişdirilib.

Reaksiya.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyəsinin qərarına əsasən, paytaxtın Dəmir Yolu Vağzalının qarşısındakı sahə bundan belə "Demokratiya Meydanı" adlanacaq.

99 nəfərin öldüyü əraziyə "Sülh Meydanı"adının verilməsini təklif edən müxalifət partiyalarının təşəbbüsü isə hakim Ədalət və İnkişaf Partiyası tərəfindən dəstəklənməyib.

Şərhlər

Çox oxunanlar