Rusiya aviasiyası terrorçuların liderini öldürüb

16.10.2015 01:12     Dünyadan reaksiya     1622

Rusiya aviasiyasının Suriyanın Homs əyalətində endirdiyi zərbələr nəticəsində “Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani məhv edilib.

Reaksiya.az-ın məlumatına görə, bunu “RİA Novosti”yə Suriyadakı hərbi mənbə bildirib.  

“Oktyabrın 14-də Rusiya aviasiyasının Suriyanın Homs əyalətində endirdiyi zərbələr nəticəsində “Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani bir qrup silahlı ilə birlikdə məhv edilib”, deyə mənbə bildirib. 

Bundan əvvəl SANA agentliyi “Əhrar Əş-Şam” qruplaşmasının digər lideri şeyx Ömər Mustafa Əl-Xodranın və onun “sağ əli” Xalid Əbu Anasın Suriya ordusu tərəfindən məhv edildiyini bildirmişdi.  

Qeyd edək ki,  “Caiş əl-Fəth” təşkilatının tərkibindəki  “Əhrar Əş-Şam” qruplaşması “Cəbhə ən-Nusra”dan sonra ikinci ən böyük terror qruplaşması hesab edilir. Bu ilin  yazında “Əhrar Əş-Şam” qruplaşmasıSuriyanın şimalında Erih, İdlib və Cisr əş-Şuğura şəhərlərinin işğalında, yerli sakinlərin kütləvi edamında iştirak edib.  

 

 

Şərhlər

Çox oxunanlar