"İtaliya miqrant böhranı zamanı humanist davranan ölkələrdən olub"

16.10.2015 02:17     Dünyadan reaksiya     1526

İtaliyanın BMT-yə üzv qəbul olunmasının 60-cı ildönümü ərəfəsində qurumun baş katibi Pan Gi Mun bu ölkəyə səfər edib.

Reaksiya.az xəbər verir ki, italiyalı parlamentarilər qarşısında çıxış edən baş katib 100 minlərlə miqrantın həyatını xilas etdiyi üçün İtaliyaya təşəkkür edib: “İkinci Dünya müharibəsindən sonra qarşılaşdığımız ən böyük miqrant böhranı zamanı İtaliya çox cəsarətli və humanist davranıb. Xeyli sayda miqrantın həyatını xilas edən italiyalılara minnətdarlığımı bildirirəm”.

Bütün dünya ölkələrini miqrantlara münasibətdə bu cür davranmağa çağıran P.Mun vurğulayıb ki, evlərindən didərgin düşmüş insanların köməyə və müdafiəyə ehtiyacı var.

Şərhlər

Çox oxunanlar