XİN: "İran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub"
16.10.2015 03:28 Dünyadan reaksiya 1468
"BMT Təhlükəsizlik Şurasının 2010-cu ildə qəbul etdiyi 1929 saylı qətnamə İrana ballistik raket proqramı üzrə fəaliyyət göstərməyi qadağan edir".
Reaksiya.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Romen Nadal bildirib.
Qeyd edək ki, ötən həftənin sonunda Tehran "İmad" ("Dayaq") adlı ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib. İranın müdafiə naziri Hüseyn Dehqanın sözlərinə görə, bu, ballistik raketlərin yeni nəslinə aiddir və bütünlüklə ölkəsində hazırlanıb.
Şərhlər