Aİ-dən Serbiyaya tələb - Rusiyaya qarşı sanksiyalara qoşulun
16.10.2015 03:39 Dünyadan reaksiya 1591
Avropa İttifaqı qısa müddət ərzində Serbiya qarşısında qəti tələb qoyacaq: Rusiyaya qarşı sanksiyalara Belqrad da qoşulmalıdır. Əks təqdirdə bu ölkə ilə aparılan Aİ üzvlüyü müzakirələrində "Xarici siyasət" başlıqlı 31-ci fəsil açılmayacaq.
Reaksiya.az-ın xarici mənbələrə istinadən verdiyi xəbərə görə, məlumatı Belqraddaki diplomatik mənbələr yayıb.
Mənbənin sözlərinə görə, Aİ rəsmiləri istəyir ki, Belqrad öz xarici siyasət kursunu Brüsselin mövqeyi ilə "uyğunlaşdırsın". Bu isə o deməkdir ki, hazırda Rusiya ilə sıx əməkdaşlıq edən Serbiya Moskva yönümlü mövqeyini unudmalıdır.
Şərhlər