ABŞ-la sazişə etiraz edən 100-dən çox nümayişçi saxlanılıb

16.10.2015 04:09     Dünyadan reaksiya     1659

Ötən gün Brusseldə toplaşan yüzlərlə insan ABŞ-la Avropa İttifaqı (Aİ) arasında imzalanacaq Transatlantik Ticarət və İnvestisiya Əməkdaşlığı Sazişinə etiraz edib.

Reaksiya.azın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, şəhər mərkəzində toplaşaraq Aİ liderlərinin görüşünə mane olmağa çalışan 600-ə yaxın insanla polis arasında qarşıdurma yaranıb. Azı 104 nəfər saxlanılıb.

ABŞ və Avropa İttifaqı arasında imzalanacaq bu ticarət sazişi tarifləri aşağı salacaq, Aİ ölkələri ilə ABŞ arasında biznesi tənzimləyən sədləri aradan qaldıracaq və beləliklə, iki iqtisadi müstəvidə şirkətlərə olan tələbləri nisbətən universallaşdıracaq.

Laki bir çox avropalı mütəxəssis hesab edir ki, sözü gedən saziş ölkələrin səhiyyə sistemi, ərzaq sektoru və ətraf mühitin qorunması üçün təhlükə yaradacaq. 

Şərhlər

Çox oxunanlar