Avropa İttifaqı Türkiyəyə dəstək vəsaiti ayıra bilər

16.10.2015 07:42     Dünyadan reaksiya     1323

Avropa Birliyi ölkələri Suriya qaçqınlarının Türkiyə ərazisində qalması üçün Ankaraya 3 mlrd avro ayırmaq imkanını nəzərdən keçirirlər.
Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə  Almaniya kansleri Angela Merkel qaçqınların məsələsi ilə bağlı Ankara ilə əməkdaşlığa dair Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.    
Onun sözlərinə görə, Avropa ölkələrinin liderləri həmçinin Türkiyənin Aİ-də üzvlüyü ilə bağlı danışıqlar prosesinin aktivləşdirilməsinə dair razılığa gəliblər.
Merkel bundan əvvəl Türkiyənin qaçqınlar probleminə 7 mlrd avro xərclədiyini bildirib. Ölkəyə bu məsələdə xarici yardım 1 mlrd avro təşkil edib.  

 

Şərhlər

Çox oxunanlar