Türkiyə ilə viza rejimi sadələşdirilir
16.10.2015 05:14 Dünyadan reaksiya 1540
Avropa İttifaqı (Aİ) Türkiyə ilə viza rejiminin sadələşdirilməsi istiqamətində daha fəal addımlar atmağa hazırdır. Bunun müqabilində isə Ankara mühacir probleminin həllində Avropa ilə daha sıx əməkdaşlıq etməlidir. Reaksiya.az-ın verdiyi məlumata görə, bunu jurnalislərə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker bildirib.
Onun sözlərinə görə, artıq Aİ ilə Türkiyə arasında bu istiqamətdə razılıq əldə olunub.
Bununla belə, Yunker vurğuayıb ki, Avropa İttifaqına üzvlük məsələsində Ankaraya həhansı xüsusi status verilməyəcək: "Müəyyən olunmuş qaydalar əsasında danışıqları davam etdirəcəyik. Əldə olunan nailiyyətləri isə 2016-cı ilin aprel ayında müzakirəyə çıxaracağıq".
Şərhlər