Sel İtaliyanın cənubunu iflic edib
16.10.2015 05:48 Dünyadan reaksiya 1359
İtaliyanın Abruzzo və Kampanya bölgələrində qasırğa və güclü yağış dağıntılara səbəb olub. Reaksiya.az xəbər verir ki, xüsusilə Kampanya regionunda baş vermiş təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib, yaralananlar var. Bu bölgələrdə məktəblər və bir sıra sosial obyektlər müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Güclü yağış Kalore çayının daşması ilə nəticələnib. Daşqın nəticəsində bir sıra qatar reysləri təxirə salınıb. Pis hava şəraiti torpaq sürüşmələri və sel nəticəsində dağılmış ərazilərdə xilasedicilərin işini çətinləşdirib.
Şərhlər