Şimali Koreya Türkiyəyə başsağlığı verdi
16.10.2015 12:52 Dünyadan reaksiya 1882
Şimali Koreya Ankarada meydana gələn terror aktı ilə bağlı bu gün Türkiyəyə başsağlığı mesajı göndərib.
Reaksiya.az xəbər verir ki, 10 oktyabrda Ankarada baş verən terror hadisələrindən sonra Şimali Koreya rəhbərliyi gec də olsa Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Şurasının sədri Kim Çen Inın adı ilə göndərilən başsağlığı mesajı, eyni zamanda Şimali Koreyanın Xəbər Agentliyində da dərc olunub:
"Prezident Ərdoğan başda olmaqla bütün Türkiyəyə başsağlığı diləyirik. Koreya hər cür terroru pisləyir. Türkiyə xalqlarının tez bir zamanda yaralarının sağalmasını səmimiyyətlə arzu edirik".
Şərhlər