Suriyada 8 azərbaycanlı öldürülüb

16.10.2015 17:19     Dünyadan reaksiya     1871

Suriyanın Deir Ezzor vilayətində İŞİD-in nəzarətində olan al-Mayadin şəhərinə edilən hücum zamanı 2 azərbaycanlı ailənin üzvləri öldürülüb.

Reakssiya.az APA-ya istinadən xəbər verir ki , döyüş təyyarələri tərəfindən edilən hava hücumu zamanı milliyətcə azərbaycanlı olan 2 qadın və 6 uşaq ölüb. Onların İŞİD sıralarında döyüşən şəxslərin ailə üzvləri olduğu bildirilir.

Lakin döyüş təyyarəsinin beynəlxalq koalisiyaya, yoxsa Rusiyaya məxsus olduğu aydınlaşmayıb.

Şərhlər

Çox oxunanlar