Rusiya vahid hərbi baza yaradır

17.10.2015 00:10     Dünyadan reaksiya     1673

Rusiya Suriyada vahid hərbi baza yaratmağı planlaşdırır.

Reaksiya.az-ın xəbərinə görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının baş əməliyyat idarəsinin rəhbəri Andrey Kartapolov “Komsomolskaya pravda”ya müsahibəsində bildirib.

O qeyd edib ki, hərbi baza özündə dəniz, quru və hava qüvvələrinin komponentlərini birləşdirəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistin A. Kartapolovun dedikləri ilə bağlı sualını belə cavablandırıb: “Siz baş qərargah rəisinin ali baş komandanın əmri olmadan belə qərar qəbul etdiyini demək istəyirsiz?”.

Qeyd edək ki, Rusiya hərbçiləri hazırda Latakiya yaxınlığındakı Hmeymim aerodromundan və Tartusdakı hərbi-dəniz donanmasının maddi-texniki məntəqəsindən istifadə edir.

Xatırladaq ki, Rusiya sentyabrın 30-dan başlayaraq Suriyada  İŞİD-in mövqelərinə aviazərbələr endirir.

Şərhlər

Çox oxunanlar