Macarıstan Xorvatiya ilə sərhədi bağlayır

17.10.2015 00:54     Dünyadan reaksiya     1659

Macarıstan hökuməti oktyabrın 16-dan Xorvatiya ilə sərhədini bağlayır.

Reaksiya.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto bəyan edib.

Onun sözlərinə görə, müvafiq qərar ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında qəbul edilib. Macarıstan artıq qərarla bağlı Xorvatiya, Sloveniya, Polşa, Slovakiya, Avstriya və Almaniya hökumətlərini məlumatlandırıb.

Məlumata əsasən, sərhəddə iki tranzit zonası yaradılacaq. Burada miqrantlar qaçqın qismində sığınacaq almaq üçün ərizə verə biləcəklər. 

Şərhlər

Çox oxunanlar