Məscidin qarşısında beş nəfər güllələnib

17.10.2015 02:25     Dünyadan reaksiya     1494

Səudiyyə Ərəbistanında məscid qarşısında baş verən atışma zamanı beş nəfər ölüb.

Reaksiya.az xəbər verir ki, bu barədə "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.

İnsident ölkənin şərq sahilində yerləşən Sayhat şəhərində baş verib. Görünüşcə təqribən 20 yaşlarında olan naməlum şəxs şiə-müsəlmanların Cümə namazına toplaşdığı məscid yaxınlığında asayiş keşikçiləri tərəfindən yoxlanılmaq üçün saxlanıb. Lakin o gözlənilmədən atəş açıb. Beş nəfər aldığı güllə yarasından keçinib. Yaralılar barədə hələ ki, məlumat verilmir.

Atəş açan şəxs zərərsizləşdirilib. Hazırda onun şəxsiyyəti və törədilən cinayətin təfərrüatları araşdırılır.

Şərhlər

Çox oxunanlar