Deputatları aparan avtobus qəzaya uğrayıb

17.10.2015 02:36     Dünyadan reaksiya     1722

Latviyanın yerli idarəetmə orqanları deputatlarından ibarət nümayəndə heyətini aparan avtobus Polşada qəzaya uğrayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, yol qəzası zamanı 5 nəfər xəsarət alıb. İnsident Varşavanın 200 km-də baş verib. 12 nəfərin olduğu avtobus yoldan çıxaraq aşıb.

İlkin fərziyyəyə görə, qəzaya yolların buz bağlaması səbəb olub.

Şərhlər

Çox oxunanlar