Qazaxıstan prezidenti milyarderi belə pərt etdi - VİDEO

17.10.2015 02:45     Dünyadan reaksiya     1903

Qazaxıstan prezidenti Nursultan Nazarbayev yerli milyarder Bulat Utemuradovun onunla selfi çəkdirmək istəməsinə düşməncəsinə reaksiya verib.

Reaksiya.az xəbər verir ki, insident Astanada, MDB ölkələri başçılarının sammiti zamanı baş verib.

Bulat Utemuradov gülümsəyərək telefonla prezidentə yaxınlaşıb və ondan icazə almadan selfi çəkməyə başlayıb. Lakin dövlət başçısı onunla şəkil çəkdirmək istəməyib. Nazarbayev narazı halda və hətta oliqarxın üzünə baxmadan onu əli ilə kənara itələyib. Milyarder isə pərt vəziyyətdə kənara çəkilib.

Şərhlər

Çox oxunanlar