Saakaşvilidən yeni təyinat - 26 yaşlı gömrük rəisi

17.10.2015 03:56     Dünyadan reaksiya     1814

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili 26 yaşlı bir qızı ölkənin gömrüyünə rəhbər təyin edib.

Reaksiya.az-ın məlumatına görə, 26 yaşlı Yuliya Maruşevskayanın yeni təyinatı haqqında prezident Petro Poroşenkoya da məlumat verilib. O da öz tvitter hesabında bu haqda xəbəri izləyiciləri ilə paylaşıb.

"Biz Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovla bu haqda danışmışıq. O, bizi əmin etdi ki, bu həftə, biz oktyabrın 16-na danışmışıq, Odessa gömrüyünün yeni rəhbəri mənim təklif etdiyim namizəd təyin ediləcək. Bu, Yuliya Maruşevskayadır", - deyə Mixail Saakaşvili bildirib. 

O həmçinin bildirib ki, Maruşevskayanın komandasında ona gürcü müşavirlər kömək edəcəklər. "Onlar vaxtilə Gürcüstan gömrüyündə islahatlar aparan şəxslərdir", - deyə Odessanın gürcü qubernatoru əlavə edib.

Saakaşvilinin sözlərinə görə, Maruşevskayanın təyinatından dərhal sonra onun komandası gömrükdə kadr müsabiqəsi üçün hazırlıqlara başlayacaq. Gömrük işçiləri də məhz bu müsabiqə yolu ilə seçiləcək.

Şərhlər

Çox oxunanlar