Prezidentdən məmurlara qadağa

17.10.2015 04:06     Dünyadan reaksiya     1704

Çeçenistanda vəzifəli şəxslərə xaricdə istehsal olunan maşınlardan deyil, yalnız yerli istehsallı maşınlardan istifadə etmək tapşırılıb.

Reaksiya.az-ın məlumatına görə, bu barədə ölkənin rəhbəri Ramzan Kadırov deyib. O, bütün məmurlardan yalnız yerli maşınlardan istifadə etmələrini bildirib.

Prezident "Çeçenavto" zavodunda istehsal olunan Lada-Vesta markalı maşınların yerli şəxslər tərəfindən alınmasının daha məqsədəuyğun olduğunu bildirib. Belə olan halda, dövlətin xərclədiyi gəlir, elə dövlət büdcəsinə qayıtmış olar.

"Əvvəllər biz Toyoto Corolla, Ford Fokus, Toyoto Camri kimi xarici maşınları alırdıq. Amma bundan sonra daha onları almaq niyyətimiz yoxdur. Bundan sonra Vesta-Lada alacağıq. Onlar çox rahat və qənaətli maşınlardır. Bundan sonra bu maşınlar Arqun şəhərində buraxılacaq. Mən düşünürəm ki, bu markalı maşınlara təlabat da yaxşı olacaq", - deyə Kadırov bildirib.

Şərhlər

Çox oxunanlar