Yəhudilərin müqəddəs məbədi yandırıldı

17.10.2015 04:57     Dünyadan reaksiya     1454

Fələstinlilər İordan çayının qərb sahilində yerləşən Nəblus şəhərindəki müqəddəs yəhudi məbədini yandırıb.
 
Reaksiya.az xəbər verir ki, qiyamçılar yəhudilərin müqəddəs Yusifin məzarı kimi ziyarət etdiyi türbəyə od vurublar. Xilasedicilər yanğını söndürsə də türbəyə ciddi ziyan dəyib. Bundan bir neçə saat öncə İsrail baş naziri Benyamin Netanyahu hücumların dayandırılması ilə bağlı Fələstin rəhbərliyinə müraciət etmişdi. Bu ay ərzində demək olar ki, hər gün fələstinlilərin israilliləri bıçaqlaması halları qeydə alınıb və bu iki tərəf arasında zorakılıq hallarının sayı artıb.
Bıçaq hücumları və atışmalar nəticəsində 7 isralilli ölüb, onlarla insan isə yaralanıb. Hücum edən şəxslər də daxil olmaqla ən azı 30 fələstinli də qətlə yetirilib. Zorakılıq halları keçən ay Qüdsdə yəhudi və müsəlmanların ziyarət etdiyi müqəddəs məbəddə baş vermiş gərginlikdən sonra artmağa başlamışdı. Nəblus şəhərində gecə vaxtı baş vermiş hadisə zamanı onlarla fələstinli türbəni dağıdıb və "Molotov kokteyli" ilə hücumlar ediblər.
 
Fələstin polisi izdihamı dağıdıb və xilasetmə qruplarının yanğını söndürməsinin ardından İsrail təhlükəsizlik qüvvələri hadisə yerinə gəlib. Bu, türbəyə ilk hücum cəhdi deyil. Keçən il də fələstinlilər oranı yandırmağa cəhd edib və 2000-ci ildə məbəd demək olar ki, dağıdılıb. Fələstin prezidenti Mahmud Abbas bildirib ki, iğtişaşlara səbəb İsrailin Fələstin ərazilərini işğalı və təcavüzüdür. BMT Təhlükəsizlik Şurası zorakılığın artması hallarını müzakirə etmək üçün fövqəladə yığıncaq keçirməyə hazırlaşır. ABŞ dövlət katibi Con Kerri bildirib ki, növbəti günlər ərzində regiona səfər etməyi planlaşdırır.

 

Şərhlər

Çox oxunanlar