İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli ölüb

17.10.2015 05:47     Dünyadan reaksiya     1676

Oktyabrın 16-da yüzlərlə fələstinli İordan çayının Qərb sahilində və Qəzza zolağında etiraz aksiyası keçirib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli ölüb.

İordan çayının Qərb sahilində etirazçılar hərbi posta yaxınlaşaraq hərbçiləri daşa basıblar. Cavab atəşi ilə bir fələstinli öldürülüb. Daha 2 nəfər isə Qəzza zolağında baş verən iğtişaşların qurbanı olub. 

Şərhlər

Çox oxunanlar