19 yaşlı gənc valideynləri tərəfindən öldürüldü - ŞOK
17.10.2015 06:50 Dünyadan reaksiya 1638
Günahlarına görə tövbə etməkdən boyun qaçıran 19 yaşlı Lukas Leonard valideynləri Bryus və Debora tərəfindən öldürülüb. Reaksiya.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Nyu-Yorkdakı kilsələrdən birində törədilib. Polisdən verilən məlumata görə, bir neçə saat fiziki cəzaya məruz qalan Lukas infarkt keçirib. Lukasın kiçik qardaşı da döyülüb, ancaq o sağ qala bilib. Tibbi ekspertiza zamanı Lukasın bədəninin müxtəlif nahiyələrində küt alətlə yetirilmiş xəsarətlər aşkar edilib. Valideynlər polis tərəfindən saxlanılıb. - See more at: http://teleqraf.com/news/73107#sthash.V1E3ipQs.dpuf
Şərhlər