Müğənninin qatilinə ömürlük həbs verildi
17.10.2015 08:12 Dünyadan reaksiya 1573
Türkiyədə müğənnini öldürən şəxsə ömürlük həbs cəzası verildi
Reaksiya.az-ın məlumat verir ki, məhkəmənin qərarına görə Orxan Munis qəsdən adam öldürmə maddəsi ilə ömürlük həbs olunub. Məhkəmədə TRT-nin sənətçisi Haticə Kaçmazın ailəsi və vəkilləri iştirak edib. Müğənninin ailəsi Orhan Munisə verilən ömürlük cəzanın ağırlaşdırılmış şəraitdə olan həbsxanada çəkməsini istəyərək ən ağır cəzanı tələb ediblər.
Sənətçinin atası məhkəmədə qızının məzarının üstünə hər gün getdiyini deyib: “Atasını, qardaşını bıçaqlamış, həbsxanaya narkotik maddə keçirmiş robot kimi insana hansı ata öz qızını verər? Hansı qadın bununla evlənər? Qızımın qəbrinin üstünə hər gün gedirəm, "yaraların sağaldımı" sualını qızıma verirəm” deyə atası deyib.
Orxan Munis peşman olduğunu və məhkəmənin qərarının ədalətli olacağına inandığını deyib. Sonda məhkəmə qararını açıqlayaraq heç bir dəyişiklik olmadan ömürlük həbs cəzasına qərar verib.
TRT-nin sənətçisi Haticə Kaçmazın 2014-ci ildə iddia olunan şübhəli Orxan Munisin evlilik təklifini rədd etdiyi üçün marketdən çıxan zamanı yaxınlaşaraq küçədə 15 bıçaq zərbəsi vuraraq öldürmüşdü.
Şərhlər