Polislərə smartfon telefon qadağan edildi
17.10.2015 10:11 Dünyadan reaksiya 2184
Braziliyanın Rio de Janerio şəhərində polis nümayəndələrinin smartfon telefonlardan istifadə etmək qadağan olunub.
Reaksiya.az xəbər verir ki, qadağaya əməl etməyən polislər cinayətə cəlb olunacaqlar.
Polis məmurlarına sosial media əvəzinə radiodan istifadə etmələri tövsiyyə olunub.
Qeyd edək ki, Braziliya sosial mediadan istifadəyə görə dünyada lider ölkələr arasında yer alır.
Ölkədə polislərin vəzifələri ilə məşğul olmaq əvəzinə telefondan çox istifadə etmələri tənqid edilir.
Şərhlər