Putin Suriyada xəritəni dəyişdirdi - VİDEO
17.10.2015 15:02 Dünyadan reaksiya 2203
Rus döyüş təyyarələrinin Əsəd qüvvələrinə intensiv hava dəstəyi müxalifətçiləri müdafiə mövqeyinə keçməyə məcbur edib, terror təşkilatı İŞİD isə geriləyib.
Reaksiya.az xəbər verir ki, rus təyyarələri 30 sentyabrdan bu yana İdlib, Hələb, Hama və Humusda müxalifətçilərin nəzarət etdiyi rayonlara zərbələr endirir. Yerli mənbələrdən alınan məlumata görə, Əsəd rejiminə bağlı qüvvələr də rus döyüş təyyarələrinin bombaladığı yerlərə hücumlar təşkil edir.
Lazkiyənin şimal-şərqindəki İdlibə müxalif Fətih Ordusu təzyiq edirdi. İyul ayından bu yana "rejimin qalası" adlandırılan Lazkiyəyə birbaşa hücum etməyi planlaşdıran müxaliflər isə Lazkiyə-Şam arasında olan İdlib-Hama-Humus bölgəsinə üstünlük verib. Fətih ordusu bölgədəki irəliləyişi nəticəsində "Lazkiyəyə açılan qapı" olaraq adlandıran, İdlibin cənubu və Hamanın şimal-qərbində yerləşən Gab düzü bölgəsinin təxminən üçdə birini ələ keçirmişdi.
Hamanın şimalı, İdlibin cənubundakı Azad Suriya Ordusuna (ASO) bağlı 16 birlik də "Ceyşun-Nasr" adı altında birləşmiş və müntəzəm olaraq dövlət qüvvələrinə hücum etmişdi. Ceyşun-Nasr, Hamanın şimal-qərbində Səhl Gab istiqamətindəki El-Hammamiyyat, Ez-Zelakıyyat, Latmin və El-Messasene bölgələrində irəliləyirdi.
MÜXALİFLƏR MÜDAFİƏ MÖVQEYİNƏ KEÇDİ
Hama ilə Humus arasında qalan ASO qüvvələri isə Bəşər Əsəd ordusunun havadan təzyiqi altında olmasına baxmayaraq, təxminən 3 ildir ki, dövlət qüvvələrinin Hama və Humus arasındakı birbaşa əlaqəni kəsmişdi. Əsədin qoşunları rus hava hücumlarının sıx dəstəyi sayəsində sözügedən bölgələrdə müxaliflərin irəliləyişini durdurub. Daha çox müdafiə mövqeyinə keçmək məcburiyyətində qalan müxalifətçilər 6 böyük kəndi itirdi. 13 oktyabrda Hama bölgəsindəki Atşan, İdlib əyalətindəki Sermaniyye, Foro və Bahsa kəndləri rejiminin nəzarətinə keçdi.
Əsəd qüvvələri rus döyüş təyyarələrinin intensiv hava dəstəyi ilə 10 gündür ki, Hama və Humusun şimalına quru əməliyyatı keçirir. Buna baxmayaraq müxaliflər əllərindəki bölgələri qoruyur.
Hamanın şimalında 9 oktyabrda Əsəd qüvvələri Rusiyanın hava dəstəyi ilə şiddətli hücumlara başlamış, lakin ASO TOW raketlərilə Muğayir və Maan məhəllələri ətrafında Əsədin 21 tankını məhv edərək hücumu dayandırmışdı.
Humusun şimalında isə rus döyüş təyyarələri 15 oktyabrda Tir Malla, Gantu və Telbise bölgələrini sıx bombardman edib. Əsəd qoşunları isə qurudan hücuma keçib. Müxaliflər Humusda olduğu kimi Hamada da nəzarətindəki bölgələrdə itki verməyib. Əksinə dövlətin bir neçə tankını məhv edib.
400 KİLOMETRLİK BOMBARDMAN XƏTTİ
Rus döyüş təyyarələri 30 sentyabrdan bu yana Lazkiyənin şimalındakı Türkmən dağından Hamanın şimalına, Hamanın şimalından Humusun şərqinə və oradan Hələbə uzanan 400 kilometrlik xətti bombalayır.
Ruslara qədər 5-15 kilometrlik xətlərdə savaşan müxaliflər logistika kimi də məhdud vasitələrə malikdirlər. Müxaliflərin növbə tutduqları xətlərdə də dövlət qoşunları ilə toqquşmalar davam edir. Anbarları əsasən İdlib və Hələbdə olan müxaliflər rus bombardmanı ucbatından Xama və Humusda Əsəd qoşunu ilə döyüşdükləri nöqtəyə çatmaqda çətinlik çəkirlər.
Müxaliflər bununla yanaşı rus bombardman xəttinin bəzi bölgələrində İŞİD ilə də döyüşür. Aralarında ASO döyüşçülərinin də olduğu çox sayda müxalif təşkilat, Hələbin şimalında İŞİD-ə qarşı da təsirli mübarizə aparır.
NÖVBƏ İŞİD DEYİL, MÜXALİFLƏRDİR
Rusiyanın hava hücumlarının təsirsiz hala gətiriləcəyini irəli sürən terror təşkilatı İŞİD bu ana qədər bombardman səbəbindən heç bir nöqtədən geri çəkilməyib.
Yerli mənbələr Rusiya Müdafiə Nazirliyinin açıqlamalarının əksinə ölkənin şərqindəki Rakka və Deir əz Zorda hər hansı bir İŞİD hədəfinin vurulmadığını deyirlər.
İŞİD isə muxaliflərin zəifləməsindən istifadə edərək keçən həftə Suriyanın şimalındakı Hələb vilayətində Azaz-Mare xəttinə hücum edəərk müxaliflərin nəzarətində olan bəzi nöqtələri ələ keçirmişdi. İŞİD şəhərin şimalındakı Tel Krah, Tel Suvsin, Kefr Tuna, Kafr Karis kəndlərilə Fafin mahalını, sənaye müəssisələrinin yerləşdiyi Azad Ticarət Zonası və Secn əl Ehdes uşaq həbsxanası olmaqla 8 nöqtəni öz nəzarətinə keçirmişdi. İŞİD-in qurudan irəliləyişi rus döyüş təyyarələrinin hücum etdiyi gecənin səhərinə doğru baş vermişdi. Daha sonra təşkilat Azad Ticarət Zonasını və Kefr Tuneyi döyüşmədən dövlət qüvvələrinə təhvil vermişdi.
Şərhlər