"Mina faciəsində 769 yox, 1807 nəfər ölüb"

17.10.2015 15:38     Dünyadan reaksiya     1810

Bu il həcc ziyarəti zamanı Mina dağında baş verən izdihamda ölənlərin sayı Səudiyyə Ərəbistanının açıqladığı kimi 769 yox, 1807 nəfər olub.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın Mətbuat Agentliyi DPA yayıb.

Agentlik 28 ölkənin zəvvarlarının hadisə yerində həyatını itirdiyini bildirib: “Ölənlərdən 465-i iranlı, 181-i misirli, 173-ü malili, 165-i nigeriyalı, 127-i indoneziyalı, 114-ü hindistanlı, 99-u pakistanlı və 79-u banqladeşli olub. Bir çox ölkənin vətəndaşları itkin düşüb”.

Qeyd edək ki, Mina dağındakı faciə sentyabrın 24-də baş verib.

Şərhlər

Çox oxunanlar