“Eşşək ölər, yükü, palanı qalar” - Ərdoğan
17.10.2015 17:00 Dünyadan reaksiya 2359
Türkiyədən Şimali Kiprə su təmin edilməsini nəzərdə tutan və "əsrin layihəsi" adlandırılan layihənin açılışında prezident Ərdoğan müxalifət partiya liderlərinə səslənib.
Reaksiya.az xəbər verir ki, mərasimə baş nazir Əhməd Davudoğlu da qatılıb.
Ərdoğan çıxışında bu fikirləri deyib:
“Dünən göy üzündə böyük bir uğura şahidlik etmişdik. Bu gün də Aralıq sənizinin altında bənzər bir uğurun şahidliyini etmək üçün buradayıq. Bu millət, qurudan gəmiləri apardı. Bu millət boğazın altından Mərmərə inşa edib. Bu millət, indi Anamurdan Şimali Kiprə yenə də dənizin altından 107 kilometrlik su nəqlini həyata keçirir. Bu millət, Avrasiya tunelini yenə boğazın altında inşa edir. Bu millət bir olsa,böyük olsa, bərabər olsa, qardaş kimi getsə, Türkiyənin keçə bilməyəcəyi heç bir maneə olmayacaq.
Baş nazirliimiz dövründə başladığımız işləri, elə bu gün də sona çatdırırıq. Biz də Türkiyəyə suyu alıb gətirdik, Kiprə çatdırdıq. Şimali Kipr Türk Respublikası artıq yarım əsr ərzində içməli su və kənd təsərrüfatı sarıdan korluq çəkməyəcək.
Terrorla kimlik siyasəti gerçəkləşdirməklə Allah üçün bu investisiyalar keçirilə bilərmi? Xəndək açanlarla millətə xidmət etmək olarmı? Soruşuram sizlərə. Məhz 1 noyabr bunun dəyərləndiriləcəyi gündür. Bunu xatırlatmaq istəyirəm. Onun üçün vəzifəmizin nə qədər ağır olduğunu bilmək lazımdır
Bu millət hər şeyi edər. Kifayətdir ki, daxili və xarici düşmənlərə qarşı ayıq-sayıq olaq. Hamı birlikdə aşmayan şey yoxdur.
1 noyabr çox mühüm gün olacaq. Qardaşlığımıza kölgə salmaq istəyənlərə lazımi cavabı verəcəksiniz.
Unutmayın eşşək ölər, yükü, palanı qalar. İnsan ölər, əsəri qalar. Heç bir əsəri olmayana nə dəyəri verəcəyik? Türkiyə nə zaman böyümək, möhkəmlənmək yoluna qədəm qoyubsa, önünə dərhal müəyyən maneələr çıxarılıb. Zərbələrlə, sosial təlatümlərlə milli hədəflərindən uzaqlaşdırılıb.
Millətimizin dəstəyilə təxribatları geridə qoyduq. Problemlərin həlli üçün addımlar atdıq. Terror məsələsini millətimizin gündəmindən çıxarmaq üçün səmimi mübarizə apardıq. Hər cür riski alaraq demokratik islahatları həyata keçirdik. Əsrlik problemləri qısa müddətdə həll etmək mümkün olmur. Son terror hücumlarının məqsədi güclü Türkiyəyə mane olmaqdır”.
SİVAS HADİSƏLƏRİNDƏ NƏ ÜÇÜN İSTEFA VERMƏDİNİZ?
“Siyasi partiyaların terrorizmlə mübarizə məsələsində vəhdəti təmin etmirik. Qardaşlarım deyirlər ki, bu nazir istefa versin. Bəs bu ölkədə Sivas hadisələri olanda kim vardı? Maraş hadisələri olanda hakimiyyətdə kim vardı? O zaman niyə istefa istəmədiniz? Nazirlərin istefasını istəmək ölkənin idarə olunmamasını istəmək deməkdir.
Qarşımızdakı problemləri, siyasi fərqimizi bir kənara qoyaraq tək millət, tək bayraq, tək vətən və vahid dövlət prinsipləri ətrafında bir araya gəlməyimiz lazımdır.
Xalqın səsiylə seçilmiş prezident kimi məhz bu qətiyyətin nümayəndəsi olmağa çalışırıq”.
QUZU QUZU GƏLƏCƏKSİNİZ
“Əvvəl biz ora getmirik, deyirdilər. Amma daha sonra “çağırılsaq, gedərik” deməyə başladılar. Onsuz da əvvəl-axır bunu edəcəksiniz, quzu quzu gələcəksiniz, başqa çarəniz yox. Buradan bütün siyasi partiyalarımıza, qeyri-hökumət təşkilatlarımıza, millətimizin hər bir fərdinə səmimi bir müraciət edirəm: Gəlin, bu çətin günlərində ölkəmizə birlikdə sahib çıxaq. Terrorun qarşısına birlikdə çıxaq. Regionumuzda oynanan oyunu birlikdə pozaq.
Əsgər, polis, vətəndaş olaraq verdiyimiz hər bir itki qəlbimizi köz kimi yandırır. Terror hadisələrində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Ərdoğan və Davudoğlu mərasimdən sonra ayrı vertolyotlarla Mersinin Anamur rayonuna gedib.
Şərhlər