20,5 ton marixuana keçirməyə cəhd etdilər, həbs olundular
18.10.2015 00:14 Dünyadan reaksiya 1694
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Daily Mail məlumat yayıb.
Məlumata görə, İtaliya və Fransa polisi Aralıq dənizində Kuk adaları dövlət bayrağı altında üzən “Yupiter” adlı gəmini saxlayıb.
Polis nümayəndəsinin məlumatına görə, narkotik vasitə məharətlə yük yerində, yüzlərlə ton mərmər plitələrin altında, gəminin ikiqat döşəməsinin arasına gizlədilib.
Məlumata görə, 97 metr uzunluğu olan gəmidə narkotik vasitələrinin olması barədə operativ məlumat əldə etmiş polisin xüsusi qrupu 15 gün gəmidə axtarış aparıblar.
Şərhlər