"Türkiyə ölkənin hava məkanını pozan təyyarələri vuracaq"
18.10.2015 00:47 Dünyadan reaksiya 1621
Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
“Biz dünən pilotsuz uçan aparat vurduq. Təyyarə olsaydı da, eyni addımı atardıq”, deyə baş nazir qeyd edib.
“Bizim siyasətimiz məlumdur. Ölkəmizin hava məkanları pozulacağı təqdirdə, bizdən mütləq cavab addımı atılacaq”, deyə Əhməd Davudoğlu vurğulayıb.
Qeyd edək ki, Türkiyə Hava Qüvvələri ötən gün ölkənin hava məkanını pozan naməlum pilotsuz uçan aparat vurub.
Şərhlər