Kater qəzaya uğradı - 12 nəfər öldü
18.10.2015 01:15 Dünyadan reaksiya 1788
Reaksiya.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Odessa milis idarəsinin məlumatında bildirilib.
“Faciə nəticəsində 12 sərnişin ölüb, daha 20 nəfər isə xəstəxanaya yerləşdirilib, bir neçə nəfər isə tibbi yardımdan imtina edib. İki şəxsin axtarışları davam etdirilir. Hadisənin səbəbləri araşdırılır”, deyə məlumatda bildirilir.
Ukraynanın baş naziri Arseniy Yatsenyuk qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasına dair göstəriş verib.
Yerli hakimiyyət qurumlarının məlumatına görə, kater çevrilməsinə səbəb fırtına olub.
Şərhlər