Şimali Koreyadan ABŞ-a qarşı qəribə tələb

18.10.2015 01:42     Dünyadan reaksiya     1574

Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) ABŞ-dan 1950-1953-cü illərdəki Koreya müharibəsinin sonunda imzalanmış atəşkəs sazişinin əvəzinə sülh müqaviləsi imzalamağı tələb edib.

Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə KXDR XİN-in bəyanatında deyilir. Məlumatda qeyd olunur ki, “bu cür addım Koreya yarımadasında gərginliyin səngiməsinə və uzunmüddətli sülhün təmin edilməsinə imkan yaradacaq”.

“Hazırda Demilitarizasiya xətti bölgəsində istənilən insident nəzarətə alına bilməyəcək irimiqyaslı hərbi əməliyyatlarla nəticələnə bilər”, deyə KXDR XİN-in bəyanatında bildirilir.   

Bəyanatda həmçinin qeyd edilir ki, bundan əvvəl Koreya yarımadasının probleminin həlli istiqamətində aparılmış altıtərəfli danışıqlar çərçivəsində bütün cəhdlər nəticəsiz olub və hətta əldə olunmuş cüzi razılaşmalar icra olunmayıb.

KXDR XİN-i hesab edir ki, buna görə məsuliyyət Şimali Koreyaya qarşı düşmən siyasətindən imtina etmək istəməyən ABŞ-ın üzərindədir.  

 

Şərhlər

Çox oxunanlar