Ərəb koalisiyasından inanılmaz səhv - 30 əsgər öldü

18.10.2015 02:21     Dünyadan reaksiya     1584

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası səhvən Yəmənin Taiz şəhərində prezident Əbd Rəbbu Mansur Hadiyə sadiq qüvvələrin yerləşdiyi düşərgəni bombalayıb.

Reaksiya.az reporta istinadən xəbər verir ki, nəticədə 30 əsgər həlak olub.

“Koalisiya səhv hədəfi bombalayıb ”, - deyə hakimiyyət nümayəndələrindən biri bildirib.

Agentliyin məlumatına görə, aviazərbə nəticəsində daha 40 nəfər yaralanıb.

Ərəb koalisiyası və Yəmən hökuməti baş verən hadisəni hələ ki, şərh etməyib.

Şərhlər

Çox oxunanlar