Çavuşoğlu Lavrova zəng edib
17.06.2015 12:21 Dünyadan reaksiya 1680
Çavuşoğlu Rusiyalı həmkarı ilə İŞİD – lə mübarizəni müzakirə edib
Türkiyə xarici işlər naziri Mevlud Çavuşoğlunun Rusiyalı həmkarı Sergey Lavrovla telefonla söhbətində başda İŞİD olmaqla terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə etdiyi açıqlanıb
Rusiya Xarici işlər nazirliyindən verilən açıqlamaya görə tərəflər Yaxın Şərq ilə əlaqədar problemləri müzakirə ediblər. Açıqlamada "Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə aparılıb. Görüşdə nazirlər Suriyalı qaçqınların problemləri, İŞİD və digər terror təşkilatları ilə əlaqədar ümumi mübarizə strategiyasının hazırlanması, Yaxın Şərq və Şimali Afrikada vəziyyət məsələləri müzakirə olunub" - məlumatı verilib.
Görüşdə 30 iyun 2012-ci il tarixli Cenevrə görüşünün tələbləri əsas götürülərək Suriya böhranının siyasi yolla həll edilməsi üçün səylərin artırılması məsələsi vurğulanıb.
Şərhlər