Rusiya və İran Xəzərdə birgə hərbi təlimlər keçirəcək

19.10.2015 14:29     Dünyadan reaksiya     2082

Xəzər dənizində Rusiya-İran birgə hərbi-dəniz təlimləri keçiriləcək.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin birinci dərəcəli kapitanı Əhməd Reza Bakeri bildirib.

O qeyd edib ki, İran Hərbi Dəniz Qüvvələrinə məxsus 3 raket  gəmisi Həştərxana yola düşüb. Gəmilərin səfəri 14 gün davam edəcək.

Əhməd Reza Bakerinin sözlərinə görə, İran gəmilərinin Rusiya və Azərbaycan limanlarına yan alması donanmalar arasında əlaqələrin gücləndirilməsi və dənizçilərin təlimləri ilə bağlıdır. 

Şərhlər

Çox oxunanlar